Bakı-Qazax magistralında avtomobil piyadanı vurub

  • By Günel
  • 19 Oktyabr 2024 20:09

Hacıqabulda yol qəzası olub.

Gununsesi.info – nun məlumatına görə hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Chery” markalı minik avtomobili yolu keçən qadını vurub. Qadın xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info