Vəlvələçay coşdu: Yük maşını sürücüsü ilə birlikdə suda qaldı - VIDEO

  • By Günel
  • 19 Oktyabr 2024 22:33

Azərbaycan ərazisində müşahidə edilən yağıntılı və küləkli hava öz fəsadlarını göstərməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, yağan intensiv yağışlar nəticəsində Vəlvələçayda su axının miqdarı artıb.

Bununla da coşan çay yük maşınını “ağuşuna alıb”. Yük maşınının Vəlvələçayda ilişib qalmasına dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, nəqliyyat vasitəsinin sürücüsü də maşından çıxmağa macal tapmayıb.

Gununsesi.info