Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

  • By Günel
  • 19 Oktyabr 2024 21:30

Ağdamda 94 yaşlı kişini avtomobil vurub.

Gununsesi.info– nun məlumatına görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yolu keçərkən kənd sakini Mahmudov Sokratı hərəkətdə olan “Mercedes” markalı avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info