Ermənistanda Samvel Şahramanyana daha bir cinayət işi açılıb

  • By Günel
  • 30 Avqust 2024 10:51

Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyana qarşı Ermənistanda daha bir cinayət işi açılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Hraparak“ qəzeti xəbər yayıb.

Bildirilib ki, buna səbəb separatçıların formalaşdırdığı qondarma “struktur”ların sərəncamındakı 356 avtomobilin indiyədək Ermənistan hökumətinə təhvil verilməməsidir.

İstintaq onu həmin nəqliyyat vasitələrini mənimsəməkdə ittiham edir.

Əsas kimi maşınların geri qaytarılması barədə qərarın iyunun 21-də “narkotik vasitələrin qanunsuz dövriyəsi” maddəsi ilə istintaqı başlanılan cinayət işi çərçivəsində çıxarılmasına baxmayaraq, indiyədək icra olunmadığı göstərilib.

Gununsesi.info