
Rəsmi Bakı Azərbaycan və Ermənistan parlament spikerlərinin Cenevrədə planlaşdırılan görüşündən imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşdən son anda imtina edib.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova və Alen Simonyan sonuncu dəfə bu ilin may ayında Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində Cenevrədə görüşüblər.