Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırıldı

  • By Günel
  • 14 Oktyabr 2024 19:56

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov məlumat verib.

Bildirilib ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.

Gununsesi.info