
Dünyanın ikinci ən böyük almazı Botsvanada tapılıb. 2492 karatlıq nəhəng almaz, Karowe Almaz Mədənində aşkar edilib. Karat 1905-ci ildə Cənubi Afrikada kəşf edilmiş 3016 karatlıq Cullinan almazından sonra ikinci yerdədir.
Gununsesi.info xəbər verir ki Britaniyanın “Financial Times” qəzeti ekspertlərə əsaslanaraq daşın qiymətini 40 milyon dollar olaraq qiymətləndirib.
Kanadanın mədən şirkəti Lucara Diamond, Botsvanada dünyanın ikinci ən böyük almazı olan 2492 karatlıq nəhəng almazın kəşf edildiyini açıqlayıb.
Günel
Gununsesi.info