Jerar Depardye zorlama və cinsi təcavüz ittihamları ilə saxlanılıb

  • By Günel
  • 23 Avqust 2024 17:39

Fransız aktyor Jerar Depardye 2018-ci il tarixindən bu günə kimi Charlotte Arnoulda qarşı zorlama və cinsi təcavüz ittihamı ilə mühakimə olunmuşdur.

Paris prokurorluğu aktrisa Charlotte Arnouldun ittihamlarından sonra Jerar Depardyenin zorlama və cinsi təcavüz ittihamı ilə məhkəməyə verilməsini təsdiqləyib.

2018-ci il  Parisdə Depardyenin evində baş verən iki zorlama hadisəsində ittiham olunan aktrisanın şikayəti əsasında 75 yaşlı aktyor 2020-ci il dekabrın 16-da istintaqa cəlb edilmişdir.

Depardye başqa qadınlar tərəfindən də cinsi zorakılıqda ittiham edilib, lakin o, ittihamları rədd etmişdir. 2023-cü ildə Le Figaro-ya verdiyi müsahibəsində Charlotte Arnould-un ittihamlarını rədd edərək, “Mən heç vaxt və heç vaxt bir qadına təcavüz etməmişəm”- deyib.

“O, evimə gəlib, öz istəyi ilə otağıma girib. İndi də təcavüzə uğradığını deyir.”.

“Bizim aramızda heç vaxt zorakılıq və ya şiddət olmayıb”, deyə- o əlavə edib.

 

Günel

Gununsesi.info