Mirzoyan Araqçı ilə telefonla danışdı

  • By Günel
  • 23 Avqust 2024 16:53

Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.

Tərəflər söhbət zamanı iki ölkə arasındakı münasibətlərdə gündəlikdə olan məsələləri müzakirə edib.

Xatırladaq ki, avqustun 18-də İran parlamenti Araqçını xarici işlər naziri olaraq təsdiq edib. O, İranda prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetinin tərkibinə daxil olub. O, bu təyinatdan əvvəl XİN rəhbərinin müavini olub, 2015-ci ildə Qərb ölkələri ilə nüvə sazişinin bağlanmasında əhəmiyyətli rol oynayıb.

 

Gununsesi.info