Zaur Hacı-Məhərrəmov UEFA-ya təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

Gununsesi.info  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasında keçiriləcək Latviya – Farer adaları oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sentyabrın 10-da baş tutacaq.

 

 

Gununsesi.info