
Hindistanın Bihar əyalətində körpə oyuuncaq sanaraq dişlədiyi ilanı öldürüb. Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Gununsesi.info -nun “Hindustan Times”- a istinadən xəbərinə görə, Rajauli bölgəsində ailəsi 1 yaşlı körpənin oyun oynayan əsnada gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildiriblər.
Ailə hadisədən sonra körpənin xəstəxanaya aparıb.
Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu və musson yağışı dövründə zəhərsiz ilanın tez-tez görülə biləcəyini qeyd ediblər.
Günel
Gununsesi.info