Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri açıqlanıb

  • By Günel
  • 23 Avqust 2024 15:01

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, nəticələr gözləniləndən də yüksək olub:

“Kompüter mühəndisliyi: ən yüksək nəticə – 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi: ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi: ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1.”

Gununsesi.info