
Ukrayna ordusunun Kursk vilayətinə hücumu Moskvanı qoşunlarını yenidən yerləşdirməyə məcbur edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bild-in Amerika Müharibənin Öyrənilməsi İnstitutuna (ISW) istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya hərbi rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatla əlaqədar Ukraynanın Zaporojye vilayətindən bölmələri köçürür.
ISW Rusiya hərbçilərinin sosial şəbəkələrdəki paylaşımlarına istinad edir.
Eyni zamanda, ISW hesabatına görə, Rusiya Donetsk bölgəsində əsas hücum xəttini, xüsusən də Pokrovskini zəiflətməməyə çalışır.
Şəbnəm
Gununsesi.info