Özbəkistan Prezidenti: Qarabağ çiçəklənən regiona çevrilir

  • By Günel
  • 23 Avqust 2024 12:38

Cənab Prezident İlham Əliyev, bir daha ölkənizin ərazi bütövlüyünün bərpasında tarixi rolunuzu və azərbaycanlı ailələrin torpaqlarına qayıtmasını qeyd etmək istəyirəm.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, bu gün Qarabağ çiçəklənən regiona çevrilir: “Mən Şuşanı, Füzulini gözümlə gördüm. Böyük sosial, iqtisadi və infrastruktur layihələr həyata keçirilir”.