Novxanıda supermarketdə yanğın

Abşeron rayonunun Novxanı kəndində yanğın olub. 

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan ikimərtəbəli obyektin (supermarket kimi fəaliyyət göstərir) zirzəmisində gücü 25 kVt olan transformatorun sarğıları yanıb.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Gununsesi.info