
Oktyabrın 25-i saat 18:00-a olan məlumata əsasən əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, Quba-Qusar bölgəsinin bəzi yerlərində, Şabran və Siyəzəndə qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə Gununsesi.info – ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 16, Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.
Gununsesi.info