Gəncədə zəncirvari qəza - Xəsarət alanlar var- VİDEO - FOTO

  • By Günel
  • 25 Oktyabr 2024 20:35

Gəncədə zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə-Qazax magistralının “Yeni Şəmkir Avtovağzalı” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı avtomobil eyni markalı maşına, həmçinin “Hyundai” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb. (“Qafqazinfo”)



Gununsesi.info