Bakıda Babək prospektində yanğın söndürüldü - VİDEO

  • By Günel
  • 25 Oktyabr 2024 19:35

Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info