Bakıda güclü yanğın başlayıb - Yenilənir - Video

Bakıda güclü yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlib.

Sözügedən görüntüləri təqdim edirik:

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, paytaxtın, Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.