Böyük Britaniya F-35 böhranı

  • By Admin2
  • 11 İyul 2025 14:17

İngiltərədə hazırlanan hesabatda F-35 döyüş təyyarələrinin ehtiyat hissələri və personal çatışmazlığı səbəbindən iştirak edəcəyi gözlənilən missiyaların yalnız üçdə birində iştirak edə bildiyi ortaya çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Milli Audit Ofisi tərəfindən hazırlanan hesabatda, F-35 döyüş təyyarələrinin ehtiyat hissələri və mühəndis çatışmazlığı səbəbindən missiyalara arzu edildiyi kimi qatılmadığı göstərilib. Bildirilib ki, bu çatışmazlıqlar səbəbindən reaktiv təyyarələr öz missiyalarının yalnız üçdə birini yerinə yetirə bilirlər.

“The Times” qəzetinin yazdığına görə, qurumun hazırladığı hesabatda gecikmələr, infrastruktur çatışmazlıqları və ekspert çatışmazlığı da daxil olmaqla problemlər “silahlı qüvvələrin döyüş qabiliyyətini sarsıtdığını” göstərib.  Auditorların verdiyi məlumata görə, F-35 döyüş təyyarələri 2024-cü ilə qədər Böyük Britaniya Müdafiə Nazirliyinin hədəflədiyi missiyaların yalnız üçdə birini yerinə yetirə bildi.

Hesabatda qeyd edildi ki, qlobal ehtiyat hissələri çatışmazlığı və İngiltərədə F-35 mühəndislərinin çatışmazlığı bu problemə səbəb olub ki, bu da “pilotlar üçün daha az uçuş saatı” deməkdir.

Orxan

Gununsesi.info