BBC Bakı ofisini niyə bağlayır? - BU QURUMDAN ŞİFAHİ TAPŞIRIQ GƏLİB

  • By admin
  • 20 Fevral 2025 21:00

Xəbər verdiyimiz kimi, “BBC News Azərbaycanca”nın Bakıda fəaliyyəti  dayandırılır. 

Gununsesi.info xəbər verir ki, bugün BBC bununla bağlı  bəyanat yayıb.

Bəyanatda bildirirlir ki,  BBC, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib.

BBC-nin sözçüsü Azərbaycan hökumətinin bu qərarı ilə bağlı deyib: ”Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi keçiririk”.

BBC bəyan edib ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi fəaliyyətinə əngəl yaradacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin hökumətin qərarını şərh etmək xahişinə cavab verməyib.

Afət Abbasova

Gununsesi.info