“Baku Medical Plaza Medilux”da təlimlər uğurla başa çatdı - Fotolar

Baku Medical Plaza Klinikalar şəbəkəsinin MEDILUX filialında xarici mütəxəssislər üçün plastik cərrahiyə mövzusunda təlimlər başa çatıb.

Gununsesi.info xəbər verir ki, Baku Medical Plaza Klinikalar şəbəkəsi plastik cərrahiyyə sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli və xarici mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək istiqamətində mühüm layihələrini davam etdirir.

Növbəti təlim Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində akkreditasiyadan keçmiş “Azərbaycan Estetik Təbabət Assosiasiyası” İctimai Birliyi (www.aeta.az) və müasir lazer texnologiyalar sahəsində ixtisaslanmış Proline İnnovation Group şirkətinin tərəfdaşlığı ilə Baku Medical Plaza Medilux klinikasında keçirilib.

Estetik təbabət sahəsində “Radiodalğalı texnologiyalarla bədən konturlaması əməliyyatları” mövzusuna həsr olunan təlimdə Gürcüstandan və Rusiyadan 10-a yaxın mütəxəssis iştirak edib.

Klinikanın plastik cərrahı Dr.Nərgiz Əhmədova iştirakçılara müasir radiodalğalı texnologiyaların tətbiqi ilə bədən konturlama üsulları barədə geniş məlumat verib.

Təlim çərçivəsində plastik cərrahiyyə sahəsinin özəllikləri və müasir texnologiyaların tətbiqi mövzusunda müzakirələr aparılıb