
Vladimir Putin, Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının nəticələri barədə məlumat aldığını və ABŞ prezidenti Donald Tramp ilə görüşməyə hazır olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Putin görüşün hazırlıq tələb etdiyini vurğulayaraq, vacib məsələlərin, xüsusilə Ukrayna ilə bağlı müzakirə olunmalı olduğunu bildirib.
Putin, həmçinin Rusiya və ABŞ arasında diplomatik əlaqələrin bərpası barədə razılığa gəldiklərini açıqlayıb.
Kreml, Tramp ilə görüşün fevral ayında baş tuta biləcəyini istisna etməyib.
ABŞ Dövlət Departamenti isə danışıqlarda ikitərəfli münasibətləri yaxşılaşdırmağa və Ukrayna müharibəsi üzrə müzakirələrə davam etməyə razılaşıldığını açıqlayıb.
Şəbnəm