
İspaniyanın Şimali Afrika ərazisi Seuta ilə Mərakeş arasında narkotik qaçaqmalçılığı üçün istifadə edilən 12 metr dərinlikdə tunel aşkar edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İspaniya polisindən verilən açıqlamada narkotik qaçaqmalçılığı ilə mübarizə əməliyyatı çərçivəsində Mərakeş ərazisindən İspaniyanın Şimali Afrikadakı Seuta bölgəsinə qədər uzanan tunelin tapıldığı bildirilib.
Sənaye zonasındakı anbarda aparılan axtarış zamanı aşkarlanan və əsas işıqlandırma sistemi ilə təchiz olunduğu aşkarlanan tunelin 12 metr dərinliyində olduğu bildirilsə də, uzunluğu hələ müəyyən edilməyib.
“Hades” adlı əməliyyatda son 3 həftədə 2-si polis olmaqla 14 nəfər 6 min kiloqram Narkotik vasitələrin müsadirə edildiyi bildirilib.
Şimali Afrika və Avropa arasında narkotik ticarəti mərkəzi olan Seuta uzun müddətdir qaçaqmalçılıq əməliyyatlarının mərkəzindədir.
Orxan Saffari