
Rusiya təhlükəsinə qarşı NATO-nun şərq cinahını gücləndirmək üçün yaradılan Müttəfiq Cavab Qüvvələri ilk genişmiqyaslı təlimini həyata keçirir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Steadfast Dart” adlı manevrdə Türkiyə də daxil olmaqla 9 ölkə təxminən 10 min əsgərlə iştirak edir.
Təlim NATO-nun şərq cinahını gücləndirmək üçün qüvvələrini sürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.
Avropa liderləri bazar ertəsi Parisdə görüşdülər və Cavab qüvvələrini gücləndirmək üçün əlavə maliyyələşdirmə barədə razılığa gəldilər.
Britaniya, İsveç və Almaniya kimi ölkələr Ukraynaya sülhməramlılar göndərməyə açıq olduqlarını bildirsələr də, bir çox rəsmilər ABŞ-ın təhlükəsizlik zəmanəti verməsi şərti ilə qoşun göndərməyi nəzərdən keçirəcəklərini deyirlər.
ABŞ-ın müdafiə naziri Pit Heqset Polşada keçirdiyi mətbuat konfransında NATO müttəfiqlərinin ABŞ-ın Avropada əbədi qalacağını güman etmələrinin mümkün olmadığını bildirib.
ABŞ-ın yoxluğunda Avropa ölkələrinin qitənin təhlükəsizliyini təmin etmək üçün hansı addımları atacağı maraq doğurur.
Orxan Saffari