
Braziliya polisi fevralın 8-dən itkin düşən 32 yaşlı jurnalist Şarlotta Pitin telefonunun hələ də açıq olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Independent, Times, Telegraph və Al Jazeera kimi media qurumlarında müstəqil jurnalist kimi çalışan Charlotte Alice Peet-dən fevralın 8-dən bəri xəbər yoxdur.
Braziliya Xarici Müxbirlər Assosiasiyası Pitin 11 gündür itkin düşdüyünü açıqlayıb və səlahiyyətliləri Braziliyaya gedən britaniyalı jurnalistin axtarışını sürətləndirməyə çağırıb.
Axtarışlar davam edərkən 32 yaşlı jurnalistlə bağlı yeni bir hadisə baş verib. Braziliya polisi Pitin telefonunun hələ də açıq olduğunu bildirib.
Pitin itkin düşdüyü barədə bir dostu fevralın 8-də məlumat verdi. Dostuna SMS göndərdi ki, San-Pauludadır, lakin 200 mil şimalda Rio-de-Janeyroya gedir və qalmaq üçün yer axtarır.
Pitin atası Derek, “çox narahat olduğunu” dedi və əlavə etdi: “Bunun normal olduğunu deyə bilmərəm, açıq-aydın ağlında nəsə var idi, əks halda bizə deyərdi”deyib.
Orxan Saffari