
Elm adamları, ölüm anında ruhun bədəni tərk etdiyini göstərən dəlillər tapdıqlarını iddia etdilər. Mütəxəssislər, ürək döyüntüsü və qan təzyiqi olmadıqda, kliniki olaraq ölən xəstələrin beynində baş verən enerji partlayışlarının ruhun bədəni tərk etdiyinə sübut ola biləcəyini təklif edirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tədqiqat zamanı ömrünə cəmi bir neçə dəqiqə qalmış yeddi xəstənin beyninə kiçik sensorlar yerləşdirilib. Mürəkkəb cihazlar həyati funksiyalar sıfıra enənə qədər hər bir xəstənin qan təzyiqi və ürək döyüntüsünü ölçdü.
Mütəxəssislər, ölüm ayağında olan bir xəstənin beynində “qan təzyiqi” və ya “ürək ritmi” olmayan bir enerji partlayışının, ölümdən sonra ruhun bədəni tərk etdiyinə sübut ola biləcəyini irəli sürdülər. Arizona Universitetindən Dr Stuart Hameroff qeyd edib ki, kliniki olaraq ölən xəstələrlə bağlı işində elektroansefaloqramma (EEQ) sensorları tərəfindən ölümdən sonra qəribə enerji partlayışları qeydə alınıb.
Hameroff, “Hər şeyin getdiyi, qan təzyiqi və ürək döyüntüsü olmadığı anda bu partlayış baş verdi” deyib. O, qamma sinxronizasiyası adlanan bu beyin dalğası fəaliyyətinin xəstənin klinik olaraq ölməsinə qədər “30-90 saniyə” davam etdiyini vurğuladı.
Bundan əlavə, narkotiklərin psixi sağlamlığa təsirlərini araşdıran Dr. Robin Lester Carhart-Harrisin araşdırmasına istinad edərək, o, MRT-nin koma vəziyyətində olan subyektlərdə beyin fəaliyyətini göstərmədiyini söylədi.
Bu tapıntılar ölüm və şüurla bağlı müzakirələrə yeni bir rəng qatarkən, elm adamları bu sahədə araşdırmaların davam edəcəyini vurğuladılar.
Orxan Saffari