“BBC News Azərbaycanca”nın ofisi bağlanır

  • By Günel
  • 20 Fevral 2025 19:26

“BBC News Azərbaycanca”nın Bakıdakı ofisi bağlanır.

Gununsesi.info xəbər verir ki, bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, şirkət Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Xatırladaq ki, 2011-ci ildən etibarən “BBC Azərbaycanca” radio yayımlarını da dayandırıb.

Gununsesi.info