Trampın “diktator” Zelenskini tənqid etməsi: - Avropa ölkələrindən reaksiya

Bəzi Avropa liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı fikirlərinə reaksiya verib, onun “dəhşətli iş gördüyünü” deyib və onu “diktator” adlandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel X sosial media platformasında “Qonşu nüvə dövlətinin hücumuna 3 il müqavimət göstərən bir ölkədə seçkinin nə dəyəri ola bilər? Ərazisinin beşdə biri işğalçı əsgərlər tərəfindən işğal olunduğu halda, bütün ölkə gündəlik bombardmana məruz qaldığı halda seçkilər necə təşkil edilə bilər? Belə bir ölkə prezidentini dövlət başçısı kimi qələmə vermək böyük həyasızlıq tələb edir” deyib.

YLE xəbər agentliyinin məlumatına görə, Finlandiya prezidenti Alexander Stubb tədbirdə Trampın şərhlərini rədd edərək, ölkəsinin Ukrayna Konstitusiyasını və “demokratik yolla seçilmiş prezident Zelenskini” dəstəklədiyini bildirib.

Norveçin xarici işlər naziri Espen Barth Eide NRK televiziyasına deyib ki, Trampın Zelenski ilə bağlı şərhləri “tamamilə yalan iddiadır” və əlavə edib: “Belə bir şey söyləmək tamamilə məntiqsizdir”.

Qeyd edək ki, Tramp, “Truth Social” sosial media platformasındakı paylaşımında Zelenski haqqında “Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş gördü. Onun ölkəsi parçalanıb və milyonlarla insan lazımsız yerə ölüb. Seçki keçirməyən diktator Zelenski, tez davransa yaxşı olar, yoxsa ölkəsini itirəcək” deyib.

Orxan Saffari

Gununsesi.info