Paytaxtın bəzi yollarında sürət həddi endirildi

  • By Günel
  • 20 Fevral 2025 22:46

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi endirilib.

Gununsesi.info xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Xəbərdə deyilir ki, Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.

Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Gununsesi.info