Berlində ictimai nəqliyyatda 48 saatlıq tətil başlayıb

Almaniyanın paytaxtı Berlində işəgötürənləri və işçiləri təmsil edən həmkarlar ittifaqı arasında davam edən danışıqlarda razılıq əldə olunmadıqdan sonra ictimai nəqliyyatda 48 saatlıq tətil başlayıb, paytaxtda avtobus, metro və tramvay hərəkətləri ləğv edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, berlinlilərin metro (U-Bahn), tramvay (Straenbahn) və avtobus xətlərindən istifadə edə bilməyəcəkləri tətil fevralın 22-si şənbə günü saat 03:00-da başa çatacaq.

BVG rəhbərliyinin etdiyi ikinci təklifin də işçilər tərəfindən qeyri-adekvat tapıldığını açıqlayan həmkarlar ittifaqı 16 min işçinin aylıq maaşının 750 avro artırılması, 13-cü maaş ödənişi, sürücülərə 300 avro, növbəli işçilərə isə 200 avro əlavə ödəniş tələb edir.

Orxan Saffari

Gununsesi.info