
Həmas bu gün girov götürdüyü 4 nəfərin cəsədini İsrailə təhvil verəcək. Şənbə günü altı girov, əvəzində isə fələstinli məhbuslar da azad ediləcək. Bununla belə, atəşkəsin ikinci mərhələsi, girov və əsir mübadiləsi sazişi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS bu gün İsrailə təhvil verəcəyi 4 girovun cəsədi ilə bağlı bunları deyib:
“Onların hamısı sionist işğalçı təyyarələrin bombaları nəticəsində öldürülüb”
Adların ana Şiri Bibas və onun 9 aylıq körpəsi, Ariel və 4 yaşlı Kfir Bibas olduğu açıqlanıb.
Oded Lisfhitzin də Bibas ailəsinin yanında olduğu bildirilib.
İsrail baş nazirliyi onların adların siyahısını aldığını təsdiqləyib.
Lakin Bibas ailəsinin yaxınları adların açıqlanmasını bəyənmədiklərini açıqlayıblar. İsrail Baş Nazirliyi bu vəziyyətə görə ordunu məsuliyyət daşıyıb.
Orxan Saffari