ABŞ-da daha bir təyyarə qəzası - Təyyarələr havada toqquşub, 2 nəfər ölüb

ABŞ-ın Arizona ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində iki nəfər ölüb.

 Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Nəzarət olunmayan ərazi” kimi qələmə verilən ərazidə hava hərəkətinə nəzarət qülləsi yoxdur. Marana Regional Hava Limanında Lancair 360 MK II təyyarəsi və Cessna 172S təyyarəsi havada toqquşub.

Pilotlar öz mövqelərini digər təyyarələrə bildirmək üçün Ümumi Trafik Xəbərdarlığı Tezliyindən istifadə edirlər.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzadan sonra Cessna təyyarəsinin eniş edə bildiyini, digər təyyarənin isə uçuş zolağının yanında yerə çırpılaraq alov aldığını bildirib.

Hava limanı müvəqqəti olaraq bağlanıb, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və NTSB qəza ilə bağlı araşdırmaya başlayıb.

Orxan Saffari

Gununsesi.info