NATO-nun baş katibi: Avropa İttifaqı Ukrayna ilə bağlı hərəkətə keçməlidir

  • By Günel
  • 20 Fevral 2025 20:12

Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişə ilə bağlı danışıqlar masası arxasında yer almaq üçün ağlamağa son qoymalı və hərəkətə keçməlidir.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

Onun sözlərinə görə, Avropa ölkələri ağlamağı və sızlamağı dayandırmalıdır:

“Onlar Ukrayna ilə bağlı danışıqlar masasına oturmaq üçün konkret addımlar atmalıdırlar. NATO Rusiyaya Ukraynada daha bir kvadrat mil ərazini belə işğal etməyə icazə verməməlidir”.

Gununsesi.info