
Şimali Koreya ölkənin “ən böyük” hərbi gəmisini inşa edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, on ildən artıqdır, açıq hava gəmiqayırma zavodlarında heç bir böyük gəmiqayırma fəaliyyəti müşahidə olunmur.
Bildirilir ki, tikilməkdə olan gəminin ən diqqət çəkən xüsusiyyəti qəfəsə bənzər metal kamuflyajdır.
Mütəxəssislərin fikrincə, bu “dəmir qalxan” tikinti işlərini gizlətmək və radar sensorunun aşkarlanmasını pozmaq üçün nəzərdə tutulub.
Döyüş gəmisinin inşası Şimali Koreyanın hərbi-dəniz imkanlarının görünməmiş şəkildə güclənməsini ifadə edir.
Kim Çen In gəmiqayırma zavoduna səfəri zamanı bildirib ki, dəniz qüvvələrinin gücləndirilməsi “hal-hazırda ölkənin dəniz suverenliyini qətiyyətlə müdafiə etmək və döyüş hazırlığını artırmaq üçün ən vacib məsələdir”.
Orxan Saffari