Cənubi Koreya prezidenti Yoon hakim qarşısına çıxıb

Cənubi Koreya prezidenti Yoon Suk Yeol fitnə ittihamı ilə açılan cinayət işinin ilk iclasında iştirak tələb olunmamasına baxmayaraq hakim qarşısına çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsində impiçment prosesi davam edən Yoon qiyam ittihamı ilə açılan cinayət işinin ilk iclasında hakim qarşısına çıxıb. İştirak məcburi olmasa da, yerli vaxtla səhər saat 10-da Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən iclasda Yoon iştirak edib.

Yoonun həbsinə etiraz tələbinin qiymətləndirildiyi, ittiham tərəfi ilə Yoonun vəkillərinin prosessual müzakirələr apardığı iclas 13 dəqiqə davam edib. Məhkəmə ikinci iclasın martın 24-də keçirilməsinə qərar verib. Bu gün başlayan məhkəmə prosesi ilə Yoon vəzifədə olarkən cinayət işi üzrə mühakimə olunan ilk Cənubi Koreya prezidenti oldu.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu” iddia edərək 6 saatlıq hərbi vəziyyət elan edib və Yuna qarşı impiçment prosesi Milli Assambleyada səsvermə yolu ilə başlayıb. Səlahiyyətləri dayandırılan Yoon haqqında araşdırma başlansa da, Yoon istintaq komitəsinin ifadə vermək çağırışlarına çoxdan məhəl qoymamışdı.

Orxan Saffari

Gununsesi.info