ABŞ-nin Vergilər İdarəsi minlərlə əməkdaşı işdən çıxarır

  • By Günel
  • 20 Fevral 2025 20:59

ABŞ-nin Vergilər İdarəsi (Internal Revenue Service, IRS) altı minə yaxın əməkdaşı işdən azad edəcək.

Gununsesi.info bildirir ki, Oxu.Az “The New York Times” qəzetinə (NYT) istinadən xəbər verir ki, ixtisarlar fevralın 20-də başlayacaq.

Qəzet qeyd edir ki, Vergilər İdarəsinin rəhbərliyi artıq fevralın 19-da bəzi əməkdaşlardan iş avadanlığını qaytarmağı xahiş edib:

“İxtisarlar Tramp Administrasiyasının federal işçi ştatını azaltmaq proqramı çərçivəsində baş tutacaq. Bu qərar Vergilər İdarəsinə yaxın keçmişdə işə götürülən əməkdaşlara şamil ediləcək”.

Eyni zamanda, Vergilər İdarəsi sınaq müddətində olan qeyri-vacib əməkdaşları işdən çıxarmaq niyyətindədir.

Gununsesi.info