
Katoliklərin ruhani lideri Roma Papası Fransiskin ikiqat pnevmoniya diaqnozu qoyulduqdan sonra dəfn mərasimi üçün məşqlər başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Papanın təhlükəsizliyinə cavabdeh olan İsveçrə Qvardiyası sərt komendant saatı ilə birlikdə protokolları məşq edir.
İddialara görə, son illər səhhətində bir çox problem yaşayan Papa bu dəfə “bacarmaya bilər” deyə düşünülür.
Papa Fransisk bir neçə gün Vatikanı tərk etmək çağırışlarına müqavimət göstərdikdən sonra şiddətli sinə ağrıları ilə Romadakı Gemelli Xəstəxanasına aparılıb. Vatikan Papaya ikitərəfli pnevmoniya diaqnozunun qoyulduğunu təsdiqləyib.
Orxan Saffari