
SpaceX-in Falcon 9 raketinin qalıqları Polşada tapılıb. Mütəxəssislər raket parçalarının Ukraynada düşə biləcəyini ifadə edərək, raketin mühərrik nasazlığı səbəbindən atmosferə nəzarətsiz daxil olduğu açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər fraqmentlər Ukraynada da düşmüş ola biləcəyini bildiriblər.
Çərşənbə günü saat 03:30 radələrində Avropanın şimalındakı səma sürətlə hərəkət edən obyekt tərəfindən işıqlandırıldı.
Bu anı təsvir edən İsveçin Malmö şəhərindən olan işçi Simon Eriksson, “Mən dərhal elmi fantastika filmində qoşunların hücuma keçdiyini düşündüm” dedi. Oxşar nəticələr regiondan Danimarka, İsveç və İngiltərədə də müşahidə olunub.
Mütəxəssislər bu hadisənin SpaceX-in Falcon 9 raketinin Yer atmosferinə yenidən daxil olması səbəbindən baş verdiyini izah ediblər.
Yerli vaxtla saat 10:00 radələrində (GMT 09:00) Polşanın Komorniki şəhərindəki anbar sahibi Adam Borucki anbarının arxa hissəsində ölçüsü təxminən 1,5 metrə 1 metr olan yanmış çən tapıb. Dağıntıların anbara məxsus işıqlandırma sisteminə də ziyan vurduğu müəyyən edilib.
“Biz obyektin bura necə düşdüyünü araşdırırıq, amma əsas odur ki, heç kim xəsarət almayıb”, – polis sözçüsü Anjey Borowiak deyib.
Polşa polisi oxşar dağıntıların Wiry kəndi yaxınlığındakı meşədə tapıldığını bildirib.
Orxan Saffari