Renat Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib

  • By Günel
  • 20 Fevral 2025 09:01

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubu ilə müqaviləsini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Sports Digitale” məlumat yayıb.

25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunda əsas komandadan kənarlaşdırılmışdı.

Qeyd edək ki, Renat Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.

Gununsesi.info