
ABŞ-ın “Delta” aviaşirkəti Torontoda qəzaya uğrayan təyyarə aşmış sərnişinlərə 30 min dollar təzminat təklif edib. Aviaşirkət bu pulun təyyarədəki 76 sərnişinin hamısına veriləcəyini və heç bir ilkin şərt tələb olunmadığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu həftənin əvvəlində Toronto Pearson Beynəlxalq Hava Limanına sərt eniş edən təyyarə çevrilib və sağ qanadını itirib.
Delta 4819 reysi ilə uçan 80 nəfərin hamısı (76 sərnişin və 4 ekipaj) sağ qalıb.
Xəstəxanaya çatdırılan 21 sərnişindən biri istisna olmaqla, hamısı evə buraxılıb. Təyyarədə olan sərnişinlərdən heç birinin həyati təhlükəsi yoxdur.
Dağıntıların təmizlənməsi işlərinə başlanılan hava limanında əməliyyatlar normallaşıb.
Orxan Saffari