Tovuzda zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb

  • By ilhame
  • 02 Sentyabr 2024 21:42

Tovuz rayonunun Düz Cırdaxan kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Qəza baş vermiş ərazidə digər avtomobil isə piyadaları vurub. Hadisə nəticəsində bir neçə piyada xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info