Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

  • By ilhame
  • 02 Sentyabr 2024 21:58

Ağstafa şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsinin təfərrüatları və zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info