
Floridada qayıq və bərənin toqquşması nəticəsində iki nəfər ölüb. Yaralıların hamısının bərədən olduğu və qayığın hadisə yerindən qaçdığı açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- nin Florida ştatında bərə ilə qayığın toqquşması nəticəsində 2 nəfərin öldüyü, digərlərinin isə yaralandığı açıqlanıb .
Clearwater Polis Departamentindən verilən məlumata görə, bərə şəhərin Memorial Causeway körpüsü yaxınlığında şəxsi qayıqla toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Hadisə yerinə sövq edilən yanğınsöndürmə briqadalarının bərədəki bütün sərnişinləri təxliyyə etdiyi bildirilib. Bildirilib ki, qəza zamanı 50 sərnişin tutumu olan bərədə 42 nəfər olub.
Açıqlamada, “Yaralıların hamısı bərədəndir. Bərəyə çarpan şəxsi qayıq hadisə yerindən qaçıb” deyə bildirilib.
Orxan