Cənubi Koreyada orta məktəbə bıçaqla hücum

  • By Admin2
  • 28 Aprel 2025 11:03

Cheongju şəhərində orta məktəbə bıçaqlı hücum olub. Məktəb direktoru da daxil olmaqla 6 nəfər yaralanıb. Şübhəli şagird tutularaq xəstəxanaya aparılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, aprelin 28-də baş verən hücumda məktəb direktoru da daxil olmaqla 6 nəfərin yaralandığı və “xüsusi təhsil alan” bir şagird tərəfindən törədildiyi müəyyən edilib.

Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, hücum bu gün yerli vaxtla səhər saat 8:40 radələrində paytaxt Seuldan təxminən 110 kilometr cənubda yerləşən Çeonqju şəhərindəki orta məktəbdə baş verib.

Paylaşılan məlumata görə, ikinci kurs tələbəsi sinif otağında insanları bıçaqlamağa başlayıb.

Döş qəfəsi, qarın və digər nahiyələrindən yüngül və ağır xəsarətlər alan yaralılar xəstəxanaya çatdırılıb. Səlahiyyətlilər vəziyyəti ağır olan xəsarət alanların olmadığını bildiriblər. Bildirilib ki, şübhəli şəxs yaxınlıqdakı su çəninə tullanıb və polis tərəfindən xilas edilib, daha sonra xəstəxanaya aparılıb. 

Əyalət Təhsil İdarəsinin rəsmisi bildirib ki, hadisəni və hücumçunun mümkün motivini müəyyən etmək üçün məktəbdə təcili yığıncaq keçirilib. Polis məktəb işçilərini də dindirib.

Orxan

Gununsesi.info