Cənubi Koreyada meşə yanğını

  • By Admin2
  • 28 Aprel 2025 14:27

Cənubi Koreyanın Daequ şəhərində başlayan meşə yanğını küləyin təsiri ilə böyüyərkən 1200-dən çox adamın təxliyəsi qərarı verilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada yeni meşə yanğını başlayıb. Meşə yanğını ilə əlaqədar Daequ şəhərində 1200-dən çox sakinə təxliyə əmri verilib.

Koreya Meşə Xidmətinin bəyanatında deyilir ki, yanğın yerli vaxtla saat 14:00 radələrində başlayıb və quru şərait, davamlı küləklər səbəbindən iki saatdan az müddətdə təxminən 50 hektar əraziyə təsir edib.

Açıqlamada yanğın bölgəsinə 26 helikopter və 202 yanğınsöndürmə personalının göndərildiyi, Gyeongbu magistralının bir hissəsinin bağlandığı bildirilib. Hələlik itkilər barədə məlumat verilmir.

Qeyd edək ki, Cənubi Koreya da mart ayında ən azı 31 nəfərin ölümünə səbəb olan meşə yanğını fəlakəti ilə üzləşmişdi.

Orxan

Gununsesi.info