Fransada türk ailəsinin evində yanğın baş verib: - 3 uşaq ölüb

  • By Admin2
  • 28 Aprel 2025 13:00

Fransanın Strasburq yaxınlığındakı Brumat şəhərində türk ailəsinin evində yanğın baş verib. Rizəli bir ailənin 3 uşağı həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın Strasburq şəhəri yaxınlığındakı Brumath qəsəbəsində yaşayan Rizənin Ardeşen rayonunda qeydiyyatda olan cütlük İbrahim Kuru və Ayşe Tutan Kurunun evində naməlum səbəbdən yanğın baş verib.

Yanğın zamanı evdə olan 13 yaşlı Ecrin və 11 yaşlı Hatice Kuru həyatını itirərkən , ağır yaralanan 5 yaşlı bacısı Mələk Kuru isə xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq balaca Mələki xilas etmək mümkün olmayıb.

Yanğınla bağlı geniş miqyaslı araşdırma başladıldığı öyrənilib.

Orxan

Gununsesi.info