
Türkiyədə daha bir zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, Kütahyada 3.9 bal gücündə zəlzələ olub.
İlkin məlumatlara görə, Simav ərazisində meydana gələn zəlzələ zamanı ciddi dağıntı müşahidə olunmayıb.
Zəlzələ ocağının dərinliyi 11.82 kilometr olub.