Bakıda avtomobil səkiyə çırpıldı: Sürücü öldü

  • By Günel
  • 27 Aprel 2025 15:19

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Əmirəli Hüseyn oğlu Kərimov idarə etdiyi “VAZ-2109” markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobil səkiyə çırpılıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Gununsesi.info