
Şənbə günü Bəndər Abbas əyalətindəki limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 46-ya çatıb. 138 nəfərin hələ də xəstəxanalarda müalicəsinin davam etdiyi açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın cənubundakı Fars körfəzi sahilində yerləşən Bəndər Abbas şəhərinin limanında aprelin 26-da şənbə günü baş verən partlayış nəticəsində ölənlərin sayı artır .
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 46-ya çatıb, 1000-dən çox yaralının əksəriyyəti xəstəxanalardan buraxılıb.
Bəndər Abbasın bağlı olduğu Hörmüzqan vilayətinin Böhran İdarəetmə direktoru Mehrdad Həsənzadə partlayışın baş verdiyi limana işarə edərək, “Şəhid Rəcai Limanında baş verən yanğında ölənlərin sayı 46-ya çatıb” deyib. Həsənzadə 138 yaralının xəstəxanalarda müalicəsinin davam etdiyini, digərlərinin isə evə buraxıldığını bildirib.
Orxan